logo
logo logo
logo

“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu 

17:23 - 06 Oktyabr 2026

“Qarabağ”ın futbolçusunun durumu bəlli oldu 

“Qarabağ”ın zədəli futbolçusu Renaldo Sefasın durumu müəyyənləşib.


Manset.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı yarımüddafiəçi MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Qeyd olunub ki, o, 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. O, KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az