logo
logo logo
logo

ADY 9 ayda 14 milyon tona yaxın yük daşıyıb 

17:10 - 07 Oktyabr 2026

ADY 9 ayda 14 milyon tona yaxın yük daşıyıb 

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 13 milyon 882 min 84 ton yaxın yük daşıyıb.


Bu barədə Manset.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 371 min 796 ton və ya 11 % çoxdur.

Hesabat dövründə tranzit daşımaları isə 15 % artaraq 5,7 milyon tona çatıb.

Tranzit yükdaşımalarda "Şərq-Qərb" dəhlizi üzrə 20 %, "Şimal-Cənub" istiqaməti üzrə isə 26 % artım qeydə alınıb.

Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29 %, tranzit daşımalar isə 37 % artıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az