"Barselona"nın futbolçusu Rafinya UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qalatasaray"la keçiriləcək oyunda iştirak etməyəcək.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik açıqlama verib.
Almaniyalı mütəxəssis bildirib ki, Braziliya millisinin düşərgəsində narahatlıq yaşayan 29 yaşlı hücumçu həm "Xetafe", həm də "Qalatasaray"la qarşılaşmalarda meydana çıxmayacaq.
"Bu, zədə deyil, lakin ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədə problemi yaşayıb. Bunun təkrarlanmasının qarşısını almalıyıq. Rafinya "Xetafe" və "Qalatasaray"la oyunlarda iştirak etməyəcək", - deyə Flik bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
