logo
logo logo
logo

Azərbaycanlı hakim “Roma” – “Real” matçını idarə edəcək 

11:17 - 13 Oktyabr 2026

Azərbaycanlı hakim “Roma” – “Real” matçını idarə edəcək 

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında növbəti təyinatını alıb.


Manset.az xəbər verir ki, o, “Roma” (İtaliya) – “Real” (İspaniya) matçının baş hakimi olacaq.

Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.

Qeyd edək ki, matç oktyabrın 14-də Romadakı “Stadio Tre Fontane” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az