"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə bitib.
Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçın birinci yarısında qapılara qol vurulmayıb.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
***
20:46
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandaları arasında oyun başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.