logo
logo logo
logo

"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edildi

01:00 - 15 Oktyabr 2026

\"Real\"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edildi

"Real"ın (Madrid) hücumçusu Vinisius Junior 4 oyunluq diskvalifikasiya edilib.


Manset.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam komitəsinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu bu səbəbdən İspaniya La Liqasında "Barselona"ya qarşı görüşü buraxacaq.

Vinisius oktyabrın 10-da "Vilyarreal"a qarşı keçirilən və Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçın 72-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, rəqib futbolçunun saçından dartdığı üçün meydandan qovulub.

Diskvalifikasiya səbəbindən 25 yaşlı hücumçu "Sevilya", "Barselona", "Valensiya" və "Rasinq"lə oyunlarda iştirak edə bilməyəcək.

Vinisiusun La Liqada meydana noyabrın 22-də qayıdacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az