Avstriya millisinin hücumçusu Marko Arnautoviç emosional addımı ilə diqqət mərkəzinə düşüb.
Manşet.az Qol.az-a istinadən xəbər verir ki, hadisə “Avro-2020”nin Şimali Makedoniyaya qarşı görüşündə (3:1) baş verib. 89-cu dəqiqədə özünün birinci, komandasının sonuncu qolunu vurduqdan sonra futbolçu hələlik bilinməyən səbəbdən rəqib oyunçuların üstünə qışqırmağa başlayıb.
Bu zaman Avstriya millisinin kapitanı David Alaba onun üzündən tuturaq futbolçunu sakitləşdirməyə çalışıb.