İPL-də mövsümün ən yaxşı baş məşqçisi kim olacaq? - Namizədlər açıqlandı

18:23 - 18 May 2023

İPL-də mövsümün ən yaxşı baş məşqçisi kim olacaq? - Namizədlər açıqlandı

İngiltərə Premyer Liqasının mətbuat xidməti mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin adlarını ictimaiyyətə açıqlayıb.

 

Manset.az xəbər verir ki, 6 nəfərlik siyahı belədir:

Mikel Arteta ("Arsenal");
Roberto De Dzerbi ("Brayton");
Unai Emeri ("Aston Villa);
Xosep Qvardiola ("Mançester Siti");
Eddi Hau ("Nyukasl");
Marku Silva ("Fulhem").

Qalib azarkeşlərin və futbol ekspertlərinin səsverməsinə əsasən müəyyənləşdiriləcək.

Qeyd edək ki, 2022/2023 mövsümünün sonuna 3 tur qalmış İngiltərə Premyer Liqasının turnir cədvəlinə "Mançester Siti" başçılıq edir. 35 matça 85 xal yığan "şəhərlilər" daha 3 xal toplasa, çempionluğunu rəsmiləşdirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az