Qalatasaray birja liqasında avqust ayının çempionu oldu

16:37 - 05 Sentyabr 2023

Qalatasaray birja liqasında avqust ayının çempionu oldu

Qalatasaray FK Türkiyədə idman şirkətləri arasında son ayı yüzdə 30,14 artımla tamamlayaraq qalib olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qalatasaray Sportif Sınai və Ticaret Yatırımlar investorlarına ən çox qazanc verən idman şirkəti olub.

Beləki, sponsorluq müqavilələri və təsirli transferlər, avrokuboklarda uğurlu nəticələr idman şirkətlərinin pay göstəricilərini yüksəldib. "Qalatasaray"ın da səhm qiyməti 9,58 lirə ilə artıb.

Qeyd edək ki, Fənərbaxça keçən ay Futbol AŞ investoruna yüzdə 29,66, Beşiktaş Futbol İnvestisiyaları Sənaye və Ticarət AŞ isə yüzdə 24,14 gəlir gətirib.

Aygün

Manşet.az  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az