“Qarabağ” - “Bayer” oyununu ingiltərəli hakimlər idarə edəcəklər

10:57 - 07 Noyabr 2023

“Qarabağ” - “Bayer” oyununu ingiltərəli hakimlər idarə edəcəklər

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun hakim təyinatları bəlli olub.

 

Manset.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kreyq Pousona Saymon Bennett və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da Carred Gillett, AVAR-da isə Maykl Solsberi olacaqlar.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az