AccessBank xidmət şəbəkəsinin modernləşdirilməsi və müştərilərə yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirərək, Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi.
Filial Bakı şəhəri,
Binəqədi rayonu, Süleyman Sani-Axundov küçəsində yerləşir və artıq müştərilərə
yeni yanaşma ilə xidmət göstərir. Filialda fiziki şəxslər üçün istehlak
kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri və valyuta mübadiləsi
kimi ənənəvi bank xidmətləri təqdim olunmağa davam edir.
Yenilənmiş konsepsiyanın əsas xüsusiyyəti isə
filialın biznes yönümlü xidmət modelinə keçməsidir. Binəqədi filialında artıq
biznes müştərilərinə xüsusi diqqət ayrılır və onlar üçün ayrıca xidmət bölməsi
fəaliyyət göstərir. Bu çərçivədə mikro və aqro bizneslə məşğul olan sahibkarlar
üçün kredit müraciətlərinin qəbulu, qiymətləndirilməsi və rəsmiləşdirilməsi
prosesi birbaşa filialda həyata keçirilir.
Yeni konsept
əsasında təmir olunaraq istifadəyə verilmiş filial, müştərilər üçün daha
funksional və rahat xidmət mühiti yaratmaqla yanaşı, biznes sahiblərinə daha
sürətli və səmərəli bank xidmətlərinə çıxış imkanı təqdim edir. Bu yanaşma
AccessBank-ın xüsusilə mikro və aqro sahibkarlığın inkişafına verdiyi dəstəyin
daha da gücləndirilməsinə xidmət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə
bazarında lider olaraq, 2002-ci ildən kiçik
və orta bizneslərə xidmət
göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar
yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət
göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura
daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçinin www.accessbank.az saytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)
müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.