Tikinti maqnatının şirkəti Gədəbəy küçələrini təmir edəcək - 635 min manatlıq sifariş

19:11 - 29 Aprel 2026

Tikinti maqnatının şirkəti Gədəbəy küçələrini təmir edəcək - 635 min manatlıq sifariş

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. 
Gədəbəydə küçələrin asfaltlaşdırmasına görə şirkətə 635 505,74 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

"Gəncə Körpü Tikinti-2" ASC iş adamı Aqibət Məmmədovun şirkəti kimi tanınır. Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədov şirkətin Direktorlar Şurasının sədridir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az