Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron
ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi
olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə
təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.
Yenilik Bakı və Abşeron ərazisində, həmçinin Xankəndi şəhərində
fəaliyyət göstərən avtobus marşrutlarına, eyni zamanda Bakı metropoliteninə
şamil edilir. Belə ki, artıq ölkəmizə gələn qonaqlar ictimai nəqliyyatda
təmassız xarici bank kartları ilə birbaşa “tap & pay” (“toxun və ödə”)
texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu həll yerli nəqliyyat
kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə qeydiyyat
prosedurlarını tam şəkildə aradan qaldırır.
Nəqliyyatda ödəniş
rahatlığı yeni mərhələyə keçdi
Müasir şəhərlərdə inteqrasiya olunmuş ödəniş sistemləri artıq
yalnız rahatlıq elementi deyil, eyni zamanda əlçatanlıq, səmərəlilik və
inklüzivliyi təmin edən fundamental infrastruktur komponentidir.
Bir ekosistemi Azərbaycanda daha ağıllı mobillik modelinin
formalaşmasına töhfə verərək, “K Group” MMC (BakıKart) ilə strateji əməkdaşlıq
çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı ictimai
nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik və sürət
qazandırıb.
Təqdim olunan xidməti daha da gücləndirərək, Birbank vasitəsilə
mobillik strategiyasını genişləndirən Bir, Bakı metropoliteni və avtobuslarda
NFC ödənişlərini aktivləşdirərək tam təmassız ictimai nəqliyyat təcrübəsini
formalaşdırıb.
Bu sistemin əsas xüsusiyyəti onun qapalı ekosistem deyil, açıq
infrastruktur modeli kimi dizayn olunmasıdır. Xidmət Birbank kartları ilə yanaşı, digər yerli bank kartlarını da
əhatə edərək, şəhər miqyasında tam rəqəmsal ödəniş mühiti formalaşdırıb.
Sonuncu təqdim olunan yenilik – xarici bank kartları üçün NFC
ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın növbəti mərhələsini təşkil
edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına açır.
Bu, həmçinin ölkənin rəqəmsal transformasiyasına
töhfə verərək, fintek texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə
şəhər mobilliyini yeni səviyyəyə yüksəltməsinin göstəricisidir.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az