“Kontakt” mağazalar şəbəkəsinin hər kəsə seçim azadlığı tanıyan “Qoşa seç, 100 000 apar” kampaniyası sevindirməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti final tədbirində daha bir ailə tam-tamına 100 000 AZN-lik böyük pul mükafatının sahibi olub.
20-yə yaxın finalçının iştirak etdiyi o həyəcanlı
günün şanslısı bir nəfər - evdar xanım Zeynalova Gülnarədir. Gülnarə
xanımın uduş hekayəsi sadəliyi ilə seçilir. O, evinin yaxınlığında yerləşən
“Kontakt”ın Bakıxanov mağazasından cəmi 220 AZN dəyərində qazan dəsti alaraq
kampaniyaya qoşulmuşdu. Final günü zərlər onun əvvəlcədən bəyan etdiyi qoşa rəqəmdə
dayandığı an Gülnarə xanım 100 000 AZN-lik böyük mükafatın sahibi oldu. Görünür,
həmin qazanların onun mətbəxinə gətirdiyi bərəkət təsəvvür ediləndən daha böyük
olub.
Günün qəhrəmanı bu böyük uduşu təkcə özü
üçün deyil, həm də başqaları üçün bir işıq ucu hesab edir:
“Mən bu qazanları övladlarımın ruzisi
üçün almışdım. Heç ağlıma da gəlməzdi ki, bu alış-veriş mənə 100 000 manat
qazandırar. Bu pulu uşaqlarımın təhsili üçün ayıracam, amma mütləq bir hissəsini
ehtiyacı olanlarla paylaşacam. Çünki inanıram ki, sevinc paylaşıldıqca çoxalır”.
Qeyd edək ki, bu günədək 5 nəfərin
qalib olduğu kampaniyada ümumilikdə 300 000 AZN qazanılıb. “Qoşa
seç, 100 000 apar” kampaniyasını unikal edən əsas məqam iştirakçıların uduşlu
qoşanı özlərinin təyin etməsidir. Üstəlik, qaydalar da sərfəlidir: finala qədərki mərhələlərdə
qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.
Kampaniya isə eyni sürət və eyni mükafat
fondu ilə hələ ki davam edir. Şərtlər barədə daha ətraflı məlumat üçün buraya
daxil ola bilərsiniz.