Ölkənin ilk rəqəmsal bankı Birbank,
müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək
yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir.
Birbank-ın 1 may-16 iyun tarixlərini əhatə edən
yeni kampaniyası çərçivəsində onlayn nağd kredit rəsmiləşdirən hər kəs bonus
qazanmaq şansına sahibdir.
Bank filialına gedərək vaxt itirməyin – həm
pulunuzu, həm də bonusunuzu elə smartfonunuzdan əldə edin.
Kampaniya şərtləri olduqca sadədir. Bankdan onlayn kredit rəsmiləşdirən
hər 5000-ci müştəri 1000 bonus, hər 500-cü müştəri 100 bonus, hər 50-ci müştəri
isə 50 bonus qazanır.
Kampaniyaya qoşulmaq üçün heç bir yerə getmədən,
sadəcə Birbank mobil tətbiqi və ya birbank.az
saytı vasitəsilə nağd kredit rəsmiləşdirmək
yetərlidir.
Ətraflı məlumat üçün: www.b-b.az/prmb
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və
xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.