Ölkənin qeyri-neft
sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində
təşkil edilən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak
edir.
Sərgidə 3 fərqli istiqamət
üzrə çıxış edən “Azərsun Holdinq” qida və qeyri-qida sahələri ilə yanaşı kənd təsərrüfatı
istiqamətində də məhsullarını təqdim edir. Şirkətin müxtəlif müəssisələrində
istehsal olunan onlarla məhsul “Made in Azerbaijan” brendi altında dünyanın
40-dan çox ölkəsinə ixrac olunur.
Bununla bərabər, şirkətlər
qrupuna məxsus AKKİK stendində ziyarətçilərə kağızın təkrar emalı nəticəsində
istehsal edilən karton məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərginin ilk
günündə ölkə başçısı cənab İlham Əliyev “Azərsun Holdinq”in kənd təsərrüfatı
stendini ziyarət edib. Onu şirkətin Müşahidə Şurasının sədri Tahir Gözel
qarşılayaraq son bir il ərzində görülən işlər barədə məlumat verib.