AccessBank müştərilərinə gözlənilməz
xərclərin qarşılanması və şəxsi planların reallaşdırılması üçün lombard kredit məhsulunu təqdim edir. Bu məhsul sadələşdirilmiş şərtləri
ilə seçilir və məhz bu yanaşma kreditin operativ və zəmanətli şəkildə əldə
olunmasını təmin edir.
Lombard kreditdən yararlanmaq üçün yalnız qızıl zinət əşyaları və şəxsiyyət vəsiqəsi kifayətdir. Qızıl girovu ilə kredit məhsulunda gəlir arayışı və zamin tələbinin olmaması müraciət prosesinin daha operativ həyata keçirilməsinə və müştərilər üçün əlavə rahatlığın təmin edilməsinə imkan yaradır.
Məhsul
çərçivəsində müştərilər minimum 200
AZN-dən maksimum 100 000 AZN-dək nağd vəsaiti 3–48 ay müddətinədək əldə edə bilərlər. Aylıq faiz dərəcəsi 1.5%-dən, faktiki illik faiz dərəcəsi (FİFD) isə 18.85%-dən başlayır.
Komissiya 1–5% aralığındadır.
Ödənişlər
müştərinin seçimindən asılı olaraq bərabər
aylıq hissələrlə (annuitet) və ya yalnız aylıq faiz ödənişi ilə sərbəst qrafik üzrə həyata keçirilə
bilər. Bu çeviklik hər bir müştərinin maliyyə imkanlarına uyğun ödəniş planı
seçməsinə şərait yaradır.
Lombard kredit məhsulunun əsas üstünlükləri sırasında sürətli rəsmiləşdirmə,
minimum sənəd tələbi, girov əsasında zəmanətli kredit əldə etmə imkanı və ödəniş
qrafikində çeviklik yer alır. Bu xüsusiyyətlər məhsulu həm təcili maliyyə
ehtiyacları, həm də planlı xərclər üçün əlverişli həllə çevirir.
Bundan əlavə, kredit
kalkulyatoru vasitəsilə aylıq ödəniş məbləğini əvvəlcədən hesablamaq mümkündür.
Lombard kredit məhsulu haqqında daha ətraflı məlumat üçün: www.accessbank.az
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.