Yardımlaşma, mərhəmət, insanlara və ətraf
mühitə qayğı kimi nəcib dəyərləri daim təşviq edən Qırmızı Ürəklər Fondu Qurban
bayramı ərəfəsində ənənəvi “Qurban payı” ianə aksiyasını yenidən həyata
keçirir.
Aksiya çərçivəsində xeyirxah insanların
ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan
aztəminatlı ailələr üçün qurban paylarının hazırlanmasına və çatdırılmasına
yönəldiləcək.
Qeyd edək ki, aksiya 26 may 2026-cı il
tarixinədək davam edəcək.
Aksiyaya
qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq istəyən hər kəs vizualda
yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank
və m10 mobil tətbiqlərindən, Birbank/Kapital Bank terminallarından Qırmızı
Ürəklər Fonduna ianə edə bilərlər.
“Red
Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı
tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət
qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət
edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə
çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az
saytına daxil ola bilərsiniz.