Birbank digər banklardakı kredit öhdəliklərini daha sərfəli
şərtlərlə idarə etmək istəyənlər üçün yeni fürsət yaradır. Belə ki, ölkənin ilk
rəqəmsal bankı yeni kampaniya
çərçivəsində digər banklardakı kreditlərini Birbank-a gətirən
müştərilərə 6%-dək endirim təqdim edir.
1
iyun tarixinədək davam edəcək kampaniya müştərilərə yalnız daha
sərfəli faiz şərtləri deyil, həm də aylıq kredit ödənişlərini azaltmaq və bütün
kredit öhdəliklərini bir yerdən daha rahat idarə etmək imkanı yaradır.
Kampaniya çərçivəsində Kapital Bank-dan və ya istənilən
digər bankdan əməkhaqqı və ya təqaüd alan şəxslər 50 000 manatadək nağd pul
kreditini 59 ayadək müddətə əldə edə bilərlər.
Birbank-ın təqdim etdiyi yeni imkan xüsusilə bir neçə kredit
ödənişi olan və daha rahat maliyyə idarəçiliyi axtaran müştərilər üçün
əlverişli həlldir. Kreditlərin bir
mərkəzdə birləşdirilməsi həm ödəniş prosesini sadələşdirir, həm də maliyyə
yükünü daha rahat planlaşdırmağa imkan verir.
Kampaniyadan yararlanmaq istəyənlər onlara ən
yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq bu fürsəti
dəyərləndirə bilərlər.
Ətraflı məlumat üçün link: www.b-b.az/rkpr
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.