Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri
yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir. “Bir Kredit” BOKT
(Bank Olmayan Kredit Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha
əlçatan lizinq imkanını təqdim edir.
“Bir Kredit” BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə
tərəfdaşlıq çərçivəsində yeni lizinq xidmətini istifadəyə verib. Yeni xidmət
sayəsində müştərilər həm yeni, həm də istehsal ili 5 ilə qədər olan işlənmiş
avtomobilləri minimum 0%-dən başlayan ilkin ödənişlə, 100 000 AZN-dək maliyyələşmə
məbləği ilə əldə edə və ödənişi 60 aya qədər hissələrlə həyata
keçirə bilərlər.
Xidmətin əsas fərqləndirici cəhətlərindən biri onun daha
geniş auditoriya üçün əlçatan olmasıdır. Belə ki, rəsmi gəliri olmayan şəxslər də
bu fürsətdən yararlana bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi
olmağı daha çox insan üçün əlçatan etməyi hədəfləyir.
Digər mühüm üstünlük isə prosesin sadəliyidir. Lizinq
rəsmiləşdirilməsi birbaşa avtomobil salonunda həyata keçirilir. Bu isə əlavə
sənəd toplamağa, banka getməyə və vaxt itirməyə ehtiyac qalmadan, avtomobili
seçdiyiniz anda maliyyələşdirməni tamamlamağa imkan verir.
Birbank-ın rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir.
Müştərilər prosesi daha sürətli, rahat və şəffaf şəkildə həyata keçirə
bilirlər. Yeni lizinq imkanı çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş
əlçatanlığı ilə avtomobil əldə etmə prosesinə yeni baxış gətirir.
Lizinq xidmətindən yararlanmaq istəyənlər daha ətraflı
məlumat üçün Birbank mobil tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş
avtomobil salonlarına yaxınlaşa bilərlər.
Ətraflı məlumat üçün: https://www.b-b.az/ZomFov