logo
logo logo
logo

İllik inflyasiya hədəf daxilindədir

11:23 - 24 İyun 2026

İllik inflyasiya hədəf daxilindədir

Azərbaycanda illik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.


Manset.az xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır:

“Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir. Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır.

Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər.

Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az