- Azərbaycanın texnologiya bazarında növbəti
regional yenilik baş verir. Dünyanın nəhəng
texnologiya şirkətlərindən biri olan “Apple”ın bu konsepti Qafqazda ilk dəfə məhz
“Kontakt”da təqdim etməsi bazarda mühüm hadisədir. “Apple Shop” konseptini fərqləndirən
məqamları öyrənmək üçün “Kontakt” mağazalar şəbəkəsinin Baş direktoru Həsən
İsrafilzadə ilə həmsöhbət olduq.
Həsən bəy,
“Kontakt” bu dəfə regional miqyaslı bir ilkə imza atır. Bir rəhbər olaraq bu
hadisəni necə qiymətləndirirsiniz?
- Bəli, həm ölkəmiz,
həm də komandamız adına çox qürurverici və nüfuzlu bir hadisədir. Dünyanın
texnologiya nəhəngi “Apple” brendinin Qafqaz regionunda ilk rəsmi “Apple Shop”
konsepti məhz “Kontakt”da açılır. Bu cür qərarlar bir günün içində verilmir.
Son illərdə müştərilərimizin “Apple” məhsullarına marağının davamlı şəkildə
artdığını və onların daha fərqli, qlobal təcrübə axtarışında olduğunu müşahidə
edirik. Bu ehtiyacı görərək dünya standartlarına uyğun bu konsepti ölkəmizə gətirdik.
Brendin bu layihə üçün “Kontakt”ı seçməsi isə şirkət olaraq illər ərzində
formalaşdırdığımız xidmət standartları beynəlxalq səviyyədə də qarşılıq tapdığını
göstərir. Ona görə də, bunu Qafqaz regionunun texnologiya bazarında mühüm mərhələ
kimi qiymətləndiririk.
Maraqlıdır, bu
konsept adi “Apple” satış nöqtələrindən nə ilə fərqlənir?
- İstər brendlə
yaxından tanış olanlar, istərsə də ilk dəfə tanış olanlar üçün bu məkan tamamilə
fərqli təcrübə təqdim edir. Bu zonanın məqsədi sadəcə məhsul nümayişindən daha çox beynəlxalq
standartlara uyğun premium təqdimat və təcrübə yaratmaqdır. Burada məhsullar
ayrı-ayrı cihazlar kimi deyil, vahid bir ekosistemdə təqdim edilir. Müştərilər
eyni brendin müxtəlif cihazlarının bir-biri ilə necə inteqrasiya olunduğunu
real mühitdə sınaqdan keçirə biləcəklər. Bu yanaşma müştərilərin seçim zamanı
yaranan bir çox suallarına yerindəcə cavab tapmasına imkan yaradır. Müştərilər
bura daxil olduqda rəsmi zəmanətin gətirdiyi rahatlıqdan brendin fəlsəfəsinə qədər
hər detalı vahid bir məkanda yaşayacaqlar.
Müştəriləri bu
məkanda cihazların özündən başqa daha hansı eksklüziv üstünlüklər gözləyir?
- Bura gələn hər
bir ziyarətçi, sözün bütün mənalarında, rəsmi “Apple” dünyasına addım atmış
olur. Çünki mağazada fəaliyyət göstərəcək personal birbaşa brend tərəfindən
qlobal səviyyədə təlim keçmiş ekspertlərdir. İstəyimiz odur ki, müştərimiz rəsmi
zəmanət və orijinallıq təminatı ilə bərabər, həm də qüsursuz, fərdiləşdirilmiş
və premium bir xidmət alsın. Çünki “Kontakt” və “Apple” adlarının yan-yana
durması məhz bu mükəmməlliyi tələb edir.
“Kontakt” bu
gün Qafqazda ilk rəsmi “Apple Shop”a ev sahibliyi edir. Sizcə, şirkəti bu nöqtəyə
gətirən əsas amillər hansılardır?
- Fəaliyyətimizin
ilk günündən məqsədimiz texnologiyanı insanlara daha əlçatan etmək, onlara
düzgün seçim etməyə kömək göstərmək və uzunmüddətli etibar yaratmaq olub. Bu
illər ərzində mağaza şəbəkəmizi genişləndirdik, xidmət keyfiyyətimizi davamlı şəkildə
artırdıq, komandamızın inkişafına investisiya etdik və müştəri məmnuniyyətini hər
zaman əsas prioritet kimi qəbul etdik. Bu gün “Apple” kimi qlobal bir brendin
regionda ilk belə konsepti məhz “Kontakt”a etibar etməsi də həmin yolun uğurlu
nəticəsidir. Biz bunu əldə olunmuş son nöqtə deyil, gələcək inkişafımız üçün
yeni başlanğıc kimi görürük.
Qeyd edək ki, Qafqazda ilk
rəsmi “Apple Shop”un açılışı iyunun 26-sı, saat 13:00-da “Kontakt”ın
“İnşaatçılar” mağazasında baş tutacaq. Açılış proqramı çərçivəsində
musiqili qonaq qismində populyar müğənni Nigar Camal çıxış edəcək,
“Apple” ekosisteminə həsr olunmuş vörkşop təşkil ediləcək. Tədbir iştirakçıları
arasından bir nəfər isə 500 AZN dəyərində hədiyyə kartı qazanacaq.
- Xatırladaq ki, “Kontakt”
mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və
burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə
müştərilərə təqdim edilir.