Bakıda
mənzil qiymətlərinin yüksəldiyi bir dövrdə daha sərfəli şərtlərlə ev sahibi
olmaq istəyənlər üçün “Kristal”ın “Biləcəri”
və “Park Xırdalan” yaşayış komplekslərində satışlar davam edir. Müasir
yaşayış standartlarına uyğun inşa edilən layihələr həm ilk dəfə mənzil alanlar,
həm də daşınmaz əmlaka investisiya etməyi planlaşdıranlar üçün diqqətçəkən
seçimlər sırasında yer alır.
Xüsusilə “Park Xırdalan” layihəsi münasib qiymətləri ilə seçilir. Layihədə 44 kvadratmetrdən başlayan 2 otaqlı studiya mənzillər üçün aylıq ödəniş 770 manatdan, ilkin ödəniş isə 16 400 manatdan başlayır. Bu isə mənzil sahibi olmaq istəyən ailələr üçün əlçatan imkan yaradır.

Azərbaycanın
ən böyük yaşayış komplekslərindən biri hesab olunan “Park Xırdalan” geniş
ərazisi, böyük parkı və zəngin infrastrukturu ilə fərqlənir. Yaşıllıq sahələri,
istirahət və idman zonaları sakinlərə şəhər həyatının dinamikası ilə təbiətin
rahatlığını bir arada yaşamaq imkanı təqdim edir.
Yaşayış kompleksində tam təmirli formada təhvil veriləcək 44 m2-dən 96 m2-dək 2 otaq studiya, 2 və 3 otaqlı mənzillər satışdadır.

Şəhər
mərkəzinə daha yaxın ərazidə yerləşən “Biləcəri” layihəsində isə 54
kvadratmetrdən 109 kvadratmetrə qədər tam təmirli 2, 3, 4 otaqlı və studiya
tipli mənzillər alıcılara təqdim olunur. Layihənin əsas
üstünlüklərindən biri mənzillərin tikinti mərhələsindən satışa çıxarılmasıdır.
Bu, həm daha sərfəli qiymətlə mənzil əldə etməyə, həm də gələcəkdə dəyər
qazanacaq daşınmaz əmlaka yatırım etməyə imkan yaradır.
Hər iki layihədə sakinlərin rahatlığı üçün məktəb, bağça, uşaq oyun meydançaları, istirahət və idman sahələri, müxtəlif xidmət obyektləri nəzərdə tutulub. Komplekslər 24 saat mühafizə və müasir kamera nəzarət sistemi ilə təmin olunur.

Tikintidə
yüksək səviyyəli səs və istilik izolyasiyası, beton pərdə sistemi, nəfəs alan
divar texnologiyası, panoram pəncərələr və keyfiyyətli tikinti materiallarından
istifadə edilir. Funksional planlaşdırma isə hər kvadratmetrdən maksimum səmərə
ilə istifadə etməyə imkan verir.
Münasib
qiymət, rahat ödəniş şərtləri, inkişaf edən infrastruktur və keyfiyyətli
tikinti standartları “Biləcəri” və “Park Xırdalan” layihələrini ev almağı
planlaşdıranlar üçün diqqətəlayiq seçimlərdən birinə çevirir.
Ətraflı
məlumat üçün: *1544
Ünvanlar:
“Biləcəri” Biləcəri qəsəbəsi X.
Natəvan küç 52C
“Park Xırdalan” Xırdalan şəhəri ,Heydər Əliyev prospekti 30