Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər
üçün yeni investisiya imkanı yaradır. Kapital Bank fond bazarına ümumi həcmi
100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim
edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya
imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də
investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir.
Kapital Bank istiqrazlarına abunə yazılışı 1
avqust 2026-cı il tarixinədək davam edəcək. İstiqrazın müddəti 1 il
təşkil edir. İstiqrazlara Birbank Invest tətbiqi vasitəsilə bir neçə addımda tam
rəqəmsal şəkildə abunə yazılmaq mümkündür. Bunun üçün tətbiqin “İnvestisiya” bölməsində yerləşən “Yerli
bazar” bannerini seçmək kifayətdir.
Birbank
Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/PPhZ8q
Rəqəmsal kanallarla yanaşı bütün Kapital Bank/Birbank
filiallarında da istiqrazlara abunə yazılmaq olar. Abunə yazılışı üçün minimum
və maksimum alış limiti yoxdur. Sifarişlərin icrası zamanı ilk növbədə
fiziki şəxslərin sifarişlərinə üstünlük verilir. Filiallarda sifariş
zamanı fiziki şəxslər üçün bütün komissiya xərcləri bank tərəfindən qarşılanır.
Ətraflı məlumat: https://www.b-b.az/gEn4Ac
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal
Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Na HYPERLINK
"https://ccl.birbank.az/az/order/GTKR?utm_medium=pr&utm_source=kb&utm_campaign=0-TRF-gundelik-telebat-krediti-general&utm_content=pr"ğd
pul krediti və Birbank kart HYPERLINK
"https://birbank.az/cards/all?utm_medium=pr&utm_source=kb&utm_campaign=0-TRF-taksit-kartlari-general&utm_content=pr"ı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.