Bakcell süni intellekt sahəsində növbəti innovativ
təşəbbüsünü təqdim edir. Yeni kampaniya çərçivəsində ChatGPT, Claude, DeepSeek və
Perplexity kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə
hər ay pulsuz internet trafiki təqdim olunacaq.
Bakcell istifadəçiləri süni intellekt
texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal
tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.
Xidmət bütün Bakcell abunəçiləri üçün standart
olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə
hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik
təqdim olunacaq. Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini
təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir.
Bakcell innovativ həllər vasitəsilə abunəçilərinə
müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt
ekosisteminin inkişafına töhfə verir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.