Bakcell
və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata
keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının
qalibləri ilə rəsmi görüş keçirilib.
Tədbirin əsas məqsədi proqramın qaliblərini bir
araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya
və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və
proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq
olub. Görüş zamanı iştirakçılar Bakcell və Gənclər Fondunun gənclərin
innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı
məlumat əldə ediblər.
Bakcell və Azərbaycan Respublikasının Gənclər
Fondunun birgə tərəfdaşlığı ilə keçirilən "İnnovasiya və Süni
İntellekt" üzrə təqaüd proqramı ölkədə dayanıqlı innovasiya mühitinin
inkişafını təşviq etməklə yanaşı, texnologiya sahəsində yüksək potensiala malik
gənclərin yetişdirilməsinə və gələcəyin rəqabətqabiliyyətli insan kapitalının
formalaşmasına dəstək göstərir.
Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 1851
müraciət daxil olub. Çoxmərhələli seçim prosesini uğurla tamamlayan 25 gənc təqaüd
qazanıblar. Proqram müddətində qalib gənclər süni intellekt, data analitikası,
proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə tədris prosesinə cəlb
olunacaq, nəzəri bilikləri real təcrübə ilə birləşdirmək imkanı qazanacaq və rəqəmsal
transformasiyanın tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi yetişəcəklər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.