Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 30 iyun 2026-cı
il tarixinə 13,3 milyard manat təşkil
edib. Müştərilərə verilən kreditlərin həcmi isə 6
milyard manatdır.
30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri
depozitlərinin həcmi 10 milyard manat təşkil edib. Bankın
30 iyun 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat,
adi
və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin analoji
dövrü ilə müqayisədə 44% arataraq 222 milyon manata
çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard &
Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu
reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal
Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı
sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.