Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron
ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi “UnionPay”in
beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa
başlayıb. Əməkdaşlıq nəticəsində “UnionPay” kart sahibləri ölkədə daha geniş
ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş
infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.
Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa
çatıb. Artıq “UnionPay” kart sahibləri Bir ekosisteminə daxil olan Birbank-ın
1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq
onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.
Layihənin növbəti mərhələsində “UnionPay”
kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək.
Bununla da “UnionPay” kart sahibləri
ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə
ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də “UnionPay”
kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından
sonra Bir ekosistemi “UnionPay” kartlarının bütün əsas akvayrinq kanalları –
bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə
qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu
infrastrukturlarından birinə sahib olacaq.
Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı
birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi
bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi
milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş
etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki
inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət
göstərə biləcəklər.
Bir-in
Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: “Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri
kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların
genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz
də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu
gözləntini qarşılamaq üçün genişləndiririk. “UnionPay”lə tərəfdaşlıq həm
ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli
bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".
Tərəfdaşlığın
beynəlxalq əhəmiyyətini vurğulayan “UnionPay International”ın baş icraçı
direktoru Van Lisin (Wang Lixin) isə bildirib: “Azərbaycan
bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə
UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın
ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu
imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər
iki tərəf üçün dəyər yaradacağına inanırıq”.
Bir haqqında
Bir Azərbaycanda fərdi
və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını
kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.
Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket
e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini
özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5
milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə
də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində
Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az