Nərimanovda mənzil almaq istəyənlərin qarşısında hansı seçimlər var? Bu sualın cavabı
layihədən layihəyə dəyişsə də, bu ərazidə yeni tikililərə tələbat yüksək olaraq
qalır.
Belə bir bazarda seçim edərkən əsas məsələ yalnız qiymət deyil, mənzilin
keyfiyyəti, yerləşməsi və gələcək dəyəridir. Məhz bu xüsusiyyətləri bir araya
gətirən layihələrdən biri də "City Garden Narimanov"dur.
Layihə "N.Nərimanov" metro stansiyasına qısa məsafədə yerləşərək şəhərin ən əlverişli nöqtələrindən birində sakinlərinə rahat həyat təqdim edir. Şəhərin mərkəzində yaşamaq işə, təhsilə, alış-veriş və gündəlik ehtiyaclara daha qısa zamanda çatmaq, yolda daha az vaxt sərf etmək və həyat keyfiyyətini artırmaq deməkdir.

Layihədə müxtəlif sahəli studiya, 2, 3 və 4 otaqlı mənzillər satışdadır.
Xüsusilə 127,42 kv.m, 4 otaqlı mənzillər geniş ailələr üçün ideal seçim hesab
olunur. Bu mənzillərin həm tam hazır, həm də tikintisi davam edən variantları
mövcuddur və alıcı öz planına uyğun seçim edə bilir. Geniş qonaq otağı, rahat
yataq otaqları, ayrıca mətbəx və ailənin gündəlik rahatlığı üçün düşünülmüş
bölgü həm komfortlu yaşayış, həm də gələcək üçün dəyərli investisiya imkanı
yaradır.
"City Garden Narimanov" yalnız yerləşməsi ilə deyil, tikinti və istifadə olunan materialların keyfiyyəti ilə də seçilir. Kompleksin fasadı uzunömürlü, keyfiyyətli, isti və soyuğa davamlı keramoqranitlə üzlənir. Bu material binanın həm estetik görünüşünü qoruyur, həm də illər ərzində davamlılığını təmin edir.

Layihədə səs və istilik komfortuna xüsusi diqqət ayrılıb. Fasad və
pəncərələrdə tətbiq olunan izolyasiya sistemi küçədən gələn səsləri minimuma
endirir. Mənzillərdə divarlar və döşəmələr arasında tətbiq olunan istilik və
səs izolyasiyası isə qonşu mənzillərdən gələn səslərin qarşısını almağa kömək
edir, eyni zamanda enerji səmərəliliyini artırır.
Kompleksdə mərkəzi istilik sistemi quraşdırılıb. Bu sistem mənzillərin
qış aylarında bərabər və stabil şəkildə isinməsini təmin edir, əlavə fərdi
həllərə ehtiyacı minimuma endirir.
Mənzillər sakinlərə premium təmirli şəkildə təhvil verilir. Bu isə yeni ev alanların əlavə təmir üçün vaxt, enerji və əlavə büdcə sərf etmədən qısa müddətdə köçə bilməsi deməkdir. Təmir zamanı dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verilir. Döşəmələrdə Almaniyanın "HARO" parketləri, elektrik avadanlıqlarında İtaliyanın "GEWISS" açarları, elektrik sistemində İtaliya istehsalı "Prysmian" yanmayan kabelləri, divarlarda "Zambaiti Parati" divar kağızları, hamam aksesuarlarında Almaniyanın "GROHE" məhsulları, sanitar qovşaqları və ümumi sahələrdə isə İtaliyanın "Infinity" keramoqranitləri istifadə olunur.

Layihədə sakinlərin gündəlik ehtiyaclarını qarşılayacaq geniş
infrastruktur yaradılır. Ərazidə yeni mall, fitness mərkəzi və sentyabr ayında
fəaliyyətə başlayacaq "LANDAU" School yerləşəcək. Bundan
əlavə, kompleks 17,4 hektar yaşıllıq sahəsi ilə şəhərin səs-küyündən uzaq, daha
rahat və sağlam yaşayış mühiti təqdim edir.
"Kristal"ın təqdim etdiyi "Evini hissə-hissə al" modeli bu layihədə
də tətbiq olunur. Bu model sayəsində alıcı mənzilini faizsiz və aylıq öhdəlik
olmadan mərhələli şəkildə əldə edə bilir. İstədiyin sahəni bu gündən
kvadrat-kvadrat alaraq gələcəyinə yatırım etmək, mənzilin dəyəri artdıqca
investisiyanın da dəyər qazanmasına imkan yaradır.

"City Garden Narimanov" layihəsində satışda hazır, təhvilə
yaxın və tikintisi davam edən mənzillər mövcuddur. Alıcılar 20 ilədək ipoteka
və ya 36 ayadək daxili kredit şərtlərindən yararlana bilərlər.
Əgər sən də Nərimanovda uzun illər rahat yaşayacağın mənzil axtarırsansa,
"City Garden Narimanov"un premium mənzilləri ilə yaxından tanış ol.
Satış ofisinə yaxınlaş və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat əldə
et.
Ətraflı: *1544
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.