Ölkənin
aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender
bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb.
Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və
ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School
of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq
çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə
birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv
yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə
çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya Universitetinin altı
magistr tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırma
aparıblar. Səfər zamanı tələbələr Bankın baş ofisi və filiallarında çalışan
əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək,
qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin
tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın sahibkarların
dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata
keçirdiyi təşəbbüslər müzakirə olunub.
Layihənin
yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender bərabərliyi sahəsində
həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf
istiqamətləri Bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib.
Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret
fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının
təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı
ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin
təkmilləşdirilməsi nəzərdə tutulur.
TuranBank
fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq
olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu
kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq
fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.
1992-ci ildən etibarən fəaliyyət
göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin
xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi
veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.)
səhifələrini izləyərək əldə edə bilərsiniz.