Birbank müştəriləri
üçün yeni kampaniyaya start verir. Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il
tarixləri arasında Birbank Star kartını əldə edən müştərilər 30
sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını
komissiyasız həyata keçirə bilərlər.
Kampaniya
gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün
əlavə üstünlüklər də yaradır. Belə ki,
aktiv Birbank Star kartı olmayan və kampaniya müddətində
yeni Birbank Star kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı
il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə
əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata
keçirə bilərlər. Bununla yanaşı, Birbank Star kart sahibləri 30
000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata
keçirə, Bir ekosisteminin partnyorlarında etdikləri ödənişlərə
görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat
ƏDV geri al imkanından faydalana bilərlər.
Birbank Star istifadəçilərə kredit
vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği
ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz
ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini
əlavə faiz yükü olmadan idarə etməyə imkan verir.
Birbank Star kartını Birbank mobil
tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə
sifariş etmək mümkündür.
Kartın
sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500
manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər.
Kampaniya haqqında ətraflı
məlumat: www.b-b.az/psr
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital
Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi
olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərsiniz.