Birbank
Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha sərfəli edən yeni
kampaniyaya start verir. 6 – 31 avqust 2026-cı il tarixlərində Birbank Biznes tətbiqində
krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edəcəklər.
Kreditin
rəsmiləşdirilməsi tam onlayn həyata keçirilir. Zaminə, girova, biznesə baxışa və
əlavə sənədlərin təqdim edilməsinə ehtiyac yoxdur. Bu isə sahibkarlara vaxt
itirmədən maliyyə vəsaitinə çıxış imkanı yaradır.
Mikro
biznes krediti sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olan, VÖEN-ə malik
fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik sahəsi,
kənd təsərrüfatı və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarlar 500
manatdan 50 000 manatadək məbləğdə krediti Birbank Biznes tətbiqində tam rəqəmsal
şəkildə əldə edə bilərlər.
Birbank
Biznes-in təqdim etdiyi rəqəmsal həll sayəsində kredit müraciəti qısa müddətdə
qiymətləndirilir və seçilmiş müştərilər vəsaiti təxminən bir neçə dəqiqə ərzində
əldə edə bilirlər. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün
lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.
Kampaniya
haqqında ətraflı məlumat: www.b-b.az/5vac
Sahibkarlığın
inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm
sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes
sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində
suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı
məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng
edin.