"Kristal" və "Hansgrohe" gələcək
layihələr üzrə əməkdaşlıq memorandumu imzalayıb
6 avqust 2026-cı ildə Azərbaycanın aparıcı tikinti
şirkətlərindən biri olan "Kristal" ilə premium sanitar avadanlıqları
və hamam həlləri sahəsində dünyanın tanınmış brendlərindən
"Hansgrohe" arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma
Memorandumu imzalanıb.

Memorandum "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "Hansgrohe SE"-nin Baş İcraçı Direktoru (CEO) Hans-Yürgen Kalmbax tərəfindən imzalanıb.

Anlaşma tərəflərin Azərbaycanda həyata keçiriləcək tikinti və interyer layihələri üzrə əməkdaşlığının genişləndirilməsinə yönəlib. Memorandum çərçivəsində gələcək layihələrdə innovativ həllərin tətbiqi, məhsul seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan yanaşmalar üzrə birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.

İmzalanan memorandum "Kristal" və
"Hansgrohe" arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində
atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata
keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət
standartlarının daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.