Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yenidən aşağı düşüb.
Manset.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin (CIF) 1 barelinin qiyməti 1,53 dollar və ya 1,6% azalaraq 93,97 dollar təşkil edib.
Qeyd edək ki, əvvəlki ticarət günündə Azərbaycan neftinin 1 bareli 95,5 dollar olub.
Beləliklə, “Azeri Light”ın qiyməti bir gündə 1,53 dollar ucuzlaşıb.