Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal
ekosistemi olan Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri
təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal
ödənişlərin tətbiqini genişləndirmək məqsədi ilə İctimai İaşə və Qastronomiya
Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal
həllər təqdim edən “Clopos” startapı ilə strateji tərəfdaşlığa başlayıb.
Bir, İİQA və “Clopos” arasında imzalanan Əməkdaşlıq
Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn (“end-to-end”)
rəqəmsal həll tətbiq edir. Bir ekosisteminin infrastrukturu üzərində qurulan bu
həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR
mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət
göstərən şəxsi gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş
vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.
Həll müştərilər üçün daha rahat və sürətli xidmət
təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini
optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın
əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və HoReCa bizneslərini bir araya
gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına
töhfə verməkdir.
Bir Azərbaycanda fərdi və
korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən
dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin
aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket
e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini
özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5
milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə
də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar
sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin
əsasını qoyur.
Daha ətraflı: bir.az