Ölkədə
etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə kartlara
mədaxil əməliyyatları üzrə limitlər tətbiq edilir. Məlum olduğu kimi
yeni qaydaya əsasən 1 bank kartı üzrə gün ərzində 5 dəfə, ayda isə maksimum 20
000 manat vəsaitin qəbulu nəzərdə tutulur. Birbank-ın Sahibkar və Biznes
kartları isə bu limitlərdən istisnadır. Yəni, sahibkarlar gün ərzində istədikləri
sayda, ay ərzində istədikləri məbləğdə vəsaiti heç bir məhdudiyyət olmadan,
rahatlıqla qəbul edə bilərlər.
Beləliklə,
sahibkarlar biznes və şəxsi vəsaitlərini ayrı saxlayaraq maliyyə əməliyyatlarını
daha rahat və təhlükəsiz formada idarə edə bilərlər. Bununla yanaşı kart
sahibləri, Visa-nın sahibkarlar üçün təqdim etdiyi bir çox üstünlükdən də yararlana bilərlər. Bura
hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, xarici ölkədə 24/7
tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərindən güzəştli şərtlərlə
istifadə imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft
365” və “Google Workspace” kimi platformalarda təqdim olunan güzəştlər də
sahibkarlara gündəlik rəqəmsal xərclərini azaltmağa kömək edir.
Kartları
Apple Pay və Google Pay-ə əlavə edərək gündəlik ödənişlərdə də istifadə
etmək olar. Bu üsulla ödəniş etdikdə Bir ekosisteminin restoran, kafe,
sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində müxtəlif
endirimlərdən yararlanmaq mümkündür.
Kartı Birbank Biznes mobil tətbiqindən sifariş etmək isə cəmi bir neçə
saniyə vaxt alır.
Sürətli,
limitsiz, təhlükəsiz köçürmələr üçün Birbank Biznes tətbiqini yükləyin: https://birbankbusiness.onelink.me/7YnO/juri1ga7
Sahibkarlığın inkişafına önəm
verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm
də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ
və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar
yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında
ətraflı məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.