Ölkənin ilk rəqəmsal bankı Birbank
sahibkarların maliyyə əlçatanlığını daha da artırır. Belə ki, kiçik və orta
biznes adamları Mikro biznes krediti
əldə etmək üçün indi həm Birbank, həm də Birbank Biznes mobil tətbiqindən
müraciət edə bilərlər. Beləliklə, sahibkarlar biznesləri üçün əlavə vəsaitə
ehtiyac duyduqda iki tətbiqdən istədiklərini seçmək rahatlığına malikdirlər.
Kredit müraciətinin bütün mərhələləri rəqəmsal
şəkildə həyata keçirilir və 50 000 AZN-dək Mikro biznes krediti
tam onlayn şəkildə rəsmiləşdirilir. Kredit üçün banka və ya filiala getməyə,
zamin və girov təqdim etməyə ehtiyac yoxdur. Müraciət zamanı sənəd təqdim
edilməsi də tələb olunmur. Dəyərləndirilmə biznesə baxış keçirilmədən aparılır
və kredit müraciti bankın mövcud kredit siyasəti, eləcə də risk qiymətləndirməsi
əsasında həyata keçirilir. Həmçinin, kredit sənədləri tətbiq daxilində elektron
qaydada imzalanır. Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti sahibkarın
hesabına köçürülür.
Mikro biznes kreditindən yararlanmaq üçün
sahibkarın VÖEN-i və ya Kapital Bank-da AZN valyutalı
sahibkar hesabı olması yetərlidir. Hesabı olmayan sahibkarlar Birbank
Biznes tətbiqindən rahatlıqla hesab aça bilərlər.
Ətraflı məlumat üçün:
www.b-b.az/BiznesB
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116
filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial
şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.