logo
logo logo
logo

Ermənistana növbəti partiya dizel yanacağı göndərildi - YENİLƏNİB

14:33 - 05 Sentyabr 2026

Ermənistana növbəti partiya dizel yanacağı göndərildi - YENİLƏNİB

Azərbaycandan Ermənistana neft məhsullarının və tranzit yüklərin növbəti partiyası yola salınıb.

***

10:39

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.


Manset.az Report-a istinadən xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Bu gün eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.

5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta eyni tarixdə Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta göndərilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az