Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 6,06 % artaraq 127,29 ABŞ dolları təşkil edib.
Manset.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 129,28 ABŞ dolları təşkil edib.