logo
logo logo
logo

“Brent” neft ucuzlaşdı

23:26 - 29 Sentyabr 2026

“Brent” neft ucuzlaşdı

29 sentyabr tarixində keçirilən ticarət sessiyası zamanı etalon hesab olunan Şimal dənizi “Brent” markalı xam neftin qiyməti enməyə başlayıb.


Qafqazinfo” xəbər verir ki, bu haqda “Investing” məlumat yayıb.

Bakı vaxtı ilə saat 20:55-ə olan məlumata görə, xam neftin qiyməti bir barel üçün 96,76 dollara düşüb. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 1,09 faiz və ya 1,07 dollar azalma deməkdir. Qiymətlər ən aşağı həddə 95,76 dollara qədər enib.

Ekspertlər neft qiymətlərindəki bu enişi ilk növbədə Səudiyyə Ərəbistanından ixracın artması ilə əlaqələndirirlər. Bir müddət əvvəl Yaxın Şərq ölkəsi Qırmızı dəniz sahilində yerləşən Yanbu limanından neft nəqlini bərpa etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az