Azərbaycan neftinin qiyməti bahalaşıb.
Manset.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,48 faiz artaraq 99,34 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2014-cü ildən sonra ilk dəfə - cari ilin fevralın 17-si 3,2 faiz artaraq 100,76 dollar olmuşdu.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.