Abşeronda müəllim borca görə özünü öldürdü

12:15 - 03 May 2025

Abşeronda müəllim borca görə özünü öldürdü

Abşeron rayonunda intihar hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.

Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv