Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.
Manset.az xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb.
Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
11:32Tərtərdə qətl törədilib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Hüseynov gəlini Hafizə Rzayevanı qətlə yetirib.
Araşdırma aparılır.