Elgünün qətli ilə bağlı ÇAĞIRIŞ - "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"

16:00 - 20 May 2025

Elgünün qətli ilə bağlı ÇAĞIRIŞ - \"Kiminsə əsaslı versiyası varsa, təqdim etsin\"

Mayın 13-də axşam saatlarında 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətlindəki sirr müxtəlif versiyaların gündəmi zəbt etməsinə səbəb olub.


Manset.az İTV-yə istinadən xəbər verir ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev efirdə Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirildiyini bildirib.

O qeyd edib ki, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib:

"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib".

S.Musayev qeyd edib ki, hadisə yerinə yaxın ərazilərdə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər də götürülüb və həmin görüntülərə artıq baxış da keçirilib.

Baş Prokurorluq rəsmisi cəmiyyətə çağırış edib:

"Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib, həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri təqdim edə bilər".

O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi narahatlıq doğurur.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv