Nazirin xalası oğlunu öldürən həyat yoldaşı da əfv edildi - FOTO

14:21 - 26 May 2025

Nazirin xalası oğlunu öldürən həyat yoldaşı da əfv edildi - FOTO

Bu gün imzalanan əfv siyahısında 1969-cu il təvəllüdlü İsgəndərova Xalidə İsmixan qızının da adı var.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Xalidə İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 14 sentyabr tarixli hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Əfv sərəncamı ilə onun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Xatırladaq ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin qarajında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova 8 ay sonra şübhəli şəxs qismində saxlanılmışdı. 

O, hadisə zamanı evdə olan qızının ifadəsi əsasında həbs edilmişdi. Qızı Əmanə daha sonra məhkəmə prosesində verdiyi ifadəni təsdiq etməyib və anasının günahsız olduğunu bildirmişdi.

Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Əlavə edək ki, Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov Müdafiə Nazirliyinin Türkiyədəki hərbi attaşesi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv