Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.
***
21:48
Xəbər verdiyimiz kimi, Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev Türkiyədə bıçaqlanıb.
Manset.az xəbər verir ki, APA İnformasiya Agentliyi hadisənin başvermə anının videogörüntülərini əldə edib.
Həmin görüntüləri təqdim edirik: