Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.
Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
***
Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.
İlkin ehtimala görə, mübahisə ailədaxili narazılıq zəminində yaranıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.