Naxçıvanda qadın öldürüldü - 24 yaşlı oğlu tutuldu

10:27 - 05 İyun 2025

Naxçıvanda qadın öldürüldü - 24 yaşlı oğlu tutuldu

Naxçıvan Muxtar Respublikası Babək rayonunda qətl törədilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 4-ü saat 20 radələrində Babək rayon Şəkərabad kəndində baş verib.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şübhəli şəxs qismində tutulan Nihad Qoçəliyev qətlə yetirilən Leyla Qoçəliyevanın oğludur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv