Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.
Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.