Tovuzda ailə FACİƏSİ - Ana öldü, qızı yaralandı

16:25 - 06 İyun 2025

Tovuzda ailə FACİƏSİ - Ana öldü, qızı yaralandı

Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, ailə-məişət zəminində iki nəfərin arasında mübahisə düşüb və balta ilə xəsarət yetirilib.

Belə ki, ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A.Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisəni törədən K.Namazov saxlanılıb.

    Xəstəxanaya yerləşdirilən S.Həsənova orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv